Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq? - VİDEO

Paytaxtın bir sıra ərazilərində, xüsusilə intensiv hərəkətli yollarda təmir-tikinti işləri aparılır.
Nərimanov rayonunun Təbriz küçəsində də iyul ayından etibarən təmir-bərpa işlərinə başlanılıb. Sürücülər bildirirlər ki, yolun bir hissəsinin bağlanması və hərəkət zolaqlarının daralması nəqliyyatın hərəkətində çətinlik yaradır.
Hazırda ərazidə yolun sol hissəsində velosiped xəttinin çəkilməsi ilə bağlı işlər aparılır. Bununla yanaşı, yolayrıcındakı beton səddin sökülməsi də həyata keçirilir.
Sürücülərin sözlərinə görə, avtomobillərin intensiv hərəkət etdiyi Təbriz küçəsində təmir işlərinin ləng və fasilələrlə aparılması vəziyyəti daha da çətinləşdirir. Ərazidə çalışanlar isə işlərin dekabr ayına qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildiriblər.
Sürücüləri narahat edən əsas məqamlardan biri də yeni tədris ilinin başlamasıdır. Məktəb və universitetlərin açılması ilə küçədə nəqliyyatın daha da intensivləşəcəyi, bunun isə tıxacların uzanmasına səbəb olacağı gözlənilir.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












