Paytaxtda növbəti daxili iməclik keçirildi - FOTOLAR

Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, paytaxta olan diqqət və qayğının artması nəticəsində bu gün Bakı şəhəri inkişaf edir, günü-gündən gözəlləşir. Bunu şəhər sakinləri və paytaxtımıza gələn çoxsaylı xarici qonaqlar xüsusi qeyd edirlər. Onlar həmçinin şəhərin təmizliyini xüsusi vurğulayırlar. Parklarda, küçə və prospektlərin kənarlarında əkilən güllər, yaradılan gözəl kompozisiyalar göz oxşayır və Bakıya xüsusi yaraşıq verir.
Avtosfer.az xəbər verir ki, bu təmizlik və gözəllikləri qoruyub inkişaf etdirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda mütəmadi daxili iməcliklər keçirilir.
Şəhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 11-də növbəti daxili iməclik keçirilib.
Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bardürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin rəfləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini verib.











Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ












