Paytaxtın Yasamal rayonunda piyadaların təhlükəsizliyi artırıldı

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Yasamal rayonu ərazisində – Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində layihə əsasında yeni piyada bölməli nəqliyyat svetoforları quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, görülən işlər Milli Onkologiya Mərkəzi və Respublika Klinik Xəstəxanasına gedən piyadaların yoldan daha təhlükəsiz keçməsini təmin etmək məqsədi daşıyır. Yeni svetofor sisteminin tətbiqi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində növbəlilik düzgün tənzimlənib, eyni zamanda piyadalar üçün təhlükəsiz keçid şəraiti yaradılıb.
Qeyd edək ki, bu cür layihələrin icrası paytaxtda yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə və piyadaların rahatlığının təmin olunmasına xidmət edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












