"Pegasus"un zərəri üç dəfəyə yaxın artdı

Bu ilin I rübündə Türkiyənin aşağı büdcəli aviaşirkəti - "Pegasus" 153 milyon avro zərər edib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə çoxdur.
Yanvar-mart aylarında "Pegasus"un əsas əməliyyat (satış) gəlirləri bir il əvvələ nisbətən 3% çox - 642 milyon avro olsa da, əsas əməliyyat xərcləri (satışının maya dəyəri) 11% artımla 750 milyon avro təşkil edib.
Üç ayda aviaşirkət 9.8 milyon sərnişin daşıyıb ki, bu da illik müqayisədə 9% çoxdur. O cümlədən, sərnişin axını daxili reyslərdə 15%, xarici reyslərdə isə 5% artıb. Təyyarələrin ümumi doluluq nisbəti 86.3% olub.
Bununla belə, digər xərclərlə birlikdə isə aviaşirkətin vergiyəqədərki mənfəəti cəmi üç milyon avro olub. Ötən ilin eyni dövründə 6.8% olan EBITDA marjası, bu ilin I rübündə 0.5%-ə düşüb. Son nəticədə ümumi zərər kəskin artıb. Bu məsələdə yüksək geosiyasi gərginlik fonunda yanacaq qiymətlərinin və texniki xidmət xərclərinin artması, bazar şərtlərinin çətinləşməsi xüsusi rol oynayıb.
Xatırladaq ki, "Pegasus" Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar fevralın sonundan Səudiyyə Ərəbistanındakı iki şəhərə və Oman istisna olmaqla, digər istiqamətlərə uçuşları dayandırmışdı. Mayın ilk həftəsindən başlayaraq İraq, Livan, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar mərhələli şəkildə bərpa edilib.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












