Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi işləmiş şəxs saxlanılıb.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifədə çalışmış, 1996-cı ildə Bakı şəhərində anadan olmuş Niyaməddin Y. barəsində Cinayət Məcəlləsinin 308.1 və 317- 1.2-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, Niyaməddin mobil telefon və elektrik qidalandırıcını (şarj aləti) ayağındakı ayaqqabının içərisində gizlətməklə təcridxanaya keçirib. O, həmin əşyaları doqquz il həbs cəzası almış Kənan adlı dustağa verib.
2019-cu ildən ədliyyə orqanlarında qulluğa qəbul olmuş və həmin tarixdən Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmuş Niyaməddin sözügedən əşyaları Elvin adlı qonşusunun xahişi ilə Kənana çatdırıb.
İşin üstü açıldıqdan sonra Niyaməddin vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə Niyaməddinə iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 000 manat miqdarında cərimə cəzası təyin edilib.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












