Pensiya kapitalı ilə bağlı pis xəbər – NƏ BAŞ VERİR?

Son günlər bəzi vətəndaşların pensiya kapitalında dəyişikliklərin müşahidə olunması narahatlıq yaradıb. Sosial şəbəkələrdə bununla bağlı paylaşım edən vətəndaşlar yığımlarının azalmasından və ya məlumatların dəyişməsindən narahat olduqlarını bildirirlər. Rəsmi açıqlamada isə bunun işəgötürənlərin sosial sığorta hesabatlarının elektron sistemdə emalı ilə bağlı müvəqqəti hal olduğu qeyd edilib.
Bəs bu dəyişikliklər pensiya kapitalına və gələcək pensiya məbləğinə təsir edə bilərmi?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, məsələ ilə bağlı hələlik hər hansı rəsmi açıqlama yoxdur:
“Əslində, rəsmi məlumat da, qanunvericilikdə dəyişiklik də yoxdur. Pensiya kapitalının yığım hissəsi və ora köçürmələrlə bağlı qanunvericilikdə heç bir dəyişiklik edilməyib.
Ona görə də belə şayiələrin yaranmasına səbəb olur”.
Natiq Cəfərli qeyd edib ki, yaranmış narahatlığın aradan qaldırılması üçün rəsmi qurumların vətəndaşları əmin edəcək açıqlamalar verməsi məqsədəuyğun olardı:
“Açıqlamalar verilsin ki, yaranmış söz-söhbətə və şayiələrə son qoyulsun. Bir daha təkrar edirəm, bu elə bir sahədir ki, qanunvericiliklə tənzimlənir. Qanunvericilikdə isə heç bir dəyişiklik yoxdur”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












