Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF

"Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdən istifadə edə bilsin".
Avtosfer.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, burada iki əsas məsələ var: pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş dünyasını dəyişdikdən sonra həmin kapitalın taleyi:
"Hazırda vətəndaş pensiya aldığı dövrdə dünyasını dəyişərsə, müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən övladları pensiya ödənişindən yararlana bilirlər. Lakin pensiya kapitalı ilə bağlı yanaşma fərqlidir.
Bu istiqamətdə müxtəlif ölkələrin təcrübələri də araşdırılıb. Məsələn, Sinqapur və Qazaxıstanda pensiya kapitalından pensiya yaşına çatmadan müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait daşınmaz əmlakın alınmasına, kreditlərin ödənilməsinə və ya təhsil xərclərinə yönəldilə bilər. Müxtəlif ölkələrdə bununla bağlı fərqli modellər tətbiq olunur.
İnkişaf etmiş ölkələrin təcrübəsində diqqətçəkən məqamlardan biri də minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur. Təklifimiz ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra ondan artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilsin.
Burada əsas məqsəd həm vətəndaşın pensiya təminatını qorumaq, həm də onun topladığı vəsaitdən daha çevik şəkildə yararlanmasına imkan yaratmaqdır".
Vüqar Bayramov həmçinin qeyd edib ki, digər mühüm məsələ isə pensiya yaşına çatmadan dünyasını dəyişən şəxslərin pensiya kapitalının varislərinə ötürülməsidir:
"Hesab edirəm ki, belə hallarda pensiya kapitalının müəyyən hissəsinin varisin hesabına köçürülməsi məqsədəuyğun olardı. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını təmin edə bilər.
Belə bir mexanizm insanların rəsmi əmək münasibətlərində marağını da artıra bilər. Vətəndaş anlayar ki, əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər.
Bu baxımdan, insanların əmək müqaviləsinin rəsmiləşdirilməsində və gəlirlərinin tam göstərilməsində marağı arta bilər. Pensiya kapitalının müəyyən hissəsinin varislərə ötürülməsi həm sosial ödənişlərə marağı, həm də rəsmi məşğulluğu stimullaşdıra bilər". (Baku.ws)
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO










