Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA

“Mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir”.
Bu sözləri İqtisadçı Natiq Cəfərli müsahibəsində deyib.
O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.
2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməsi və artırılması gözlənilirmi? Artımın hansı göstərici əsasında hesablanacağı və faizinin nə qədər olacağı artıq müəyyənləşibmi?
Məsələ ilə bağlı Globalinfo.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, ölkəmizdə digər sosial ödənişlər kimi, pensiyaların da mütəmadi artımı təmin edilib:
“2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində minimum və orta aylıq pensiyalarda 3 dəfəyə qədər artım baş verib. Pensiya artımlarında pensiyaların hər ilin əvvəlində indeksləşdirilərək artırılması mühüm rola malikdir”.
Qurumdan bildirilib ki, hər ilin əvvəlində pensiyaların indeksləşdirilərək artırılması orta aylıq əməkhaqqının əvvəlki il üzrə artım göstəricisi əsasında həyata keçirilir:
“Yəni hər il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də həmin qədər pensiya artımı təmin edilir. 2026-cı ilin əvvəlindən də bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb. Artım 1,1 milyon pensiyaçıya şamil olunub.
Qarşıdakı dövrdə də hər ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən təqdim ediləcək göstərici əsasında bu artımlar tətbiq olunacaq”.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












