Pentaqon UNO ilə bağlı yeni məxfi sənədləri açıqladı

Pentaqon uçan naməlum obyektlər (UNO) barədə əvvəllər məxfi saxlanılan yeni sənədlər toplusunu ictimaiyyətə açıqlayıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, "naməlum anomaliya hadisələri" kimi tanınan sənədlər, foto və videolar uzun illərdir müxtəlif spekulyasiyalara səbəb olur. Açıqlanan 222 sənəddən biri 1948-1950-ci illər arasında Nyu-Meksiko ştatında yerləşən məxfi obyektlə bağlı 116 səhifəlik hesabatdan ibarətdir. Orada bir sıra UNO müşahidələri və araşdırmalar sənədləşdirilib. "New York Post" isə ABŞ-nin qəzaya uğramış UNO-lardan sonra dörd fərqli "xarici həyat forması" aşkar etdiyi iddiasını yayıb. Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib. Pentaqon daha əvvəl də oxşar sənədlərin bir hissəsini açıqlamışdı. Bu addımlar şəffaflıq siyasəti çərçivəsində həyata keçirilir.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












