Perinatal Mərkəzindəki yanğınla bağlı məhkəmə işi

Xəbərlər 11 Mart 2026 15:23
Perinatal Mərkəzindəki yanğınla bağlı məhkəmə işi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses təqsirləndirilən Mehriban Abasquliyeva ifadəsi ilə davam etdirilib.

Onun sözlərinə görə, bina üzrə yanğının mənbəyi baxış keçirilən otaq, yəni yenidoğulmuşların intensiv terapiya zalı, o cümlədən həmin otağın girişindən daxil olduqdan uzaq sol künc hissəsi olub: 

"Həmin yerdə qoyulmuş avadanlıqlar daha çox yanğının təsirinə məruz qalıb, həmin hissyə baxdıqda avadanlıqların naqillərinin yabaları elektrik yuvalarına qoşulmuş vəziyyətdədir, naqillərin izolyasiya örtüyü əriyib. İlkin versiya odur ki, otaqda xeyli avadanlıqlar olmuş, onların özündə və ya naqillərdə baş verən qəza nəticəsində yanğın hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ekspertinin tərtib etdiyi 3 rəylərə əsasən, Gülcahan Abbasəliyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı, Kamilə Həbibovanın yeni doğulmuş oğlu dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı və Nuranə Nuriyevanın yeni doğulmuş qızı dəm qazı ilə kəskin inhalyasion zəhərlənmə fonunda ikitərəfli pnevmoniya nəticəsində inkişaf edən kəskin tənəffüs çatışmazlığından ölüblər. Nəzərinizə çatdırıram ki, yanğının bilavasitə baş verdiyi palatada olmuş və sağ qalmış 5 yenidoğlumuşların heç birisində "kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı" diaqnozu müəyyən olunmadığı halda, yanğın olmayan palatalarda 3 yenidoğlumuşun "kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı" səbəbindən ölməsinə dair ekspert rəyləri həqiqətə uyğun deyil".

Təqsirləndirilən şəxs - mərkəzin sabiq direktoru qeyd edib ki,  ölən 3 yenidoğulmuşlar neonatal və perinatal xəstəliklərdən əziyyət çəkdiklərinə görə və xüsusi qayğıya ehtiyacları olduğu üçün bu sahədə ixtisaslaşmış "Respublika Perinatal Mərkəzi PHS-də küvezlərdə müalicə alırdılar:

"Perinatal Mərkəzdə baş vermiş yanğın hadisəsindən dərhal sonra onlar "Kliniki Tibbi Mərkəz" PHŞ-nə təxliyə edilmiş və orada onlara lazımi tibbi xidmət göstərilməyib. Bundan başqa, ölən yenidoğulmuşların 1-də doğulduğu anda diagnozında olmayan və "Kliniki Tibbi MərkəZ" PHŞ-nə yerləşdirildikdən sonra ikitərəfli pnevmoniyanın yaranması, onun orada soyuğa verilməsi nəticəsində baş vermişdir. Onu da qeyd edim ki, yanğın baş vermiş palatada olan və oradan təxliyə edilmiş 5 yenidoğulmuşlar hazırda sağdırlar. Həmin vaxt yanmış palatada 9 körpə müalicə alırdı, onlardan 5-i küvezlərdə, 4-ü isə 2 AİST-də. AİST masalari başqa cihazlardan nisbətən hündürdü və orada yüngül vəziyyətde olan xəstə körpələr yerləşdirilib. palata ilə üzbəüz palatada xəstəlik tarixçələrini doldurmaqla məşğul olmuşdur. Video yazıdan göründüyü kimi, intensiv terapiya blokunda Validə Əliyevadan başqa heç kim olmayıb, xəstə körpələr və onların yaşamasını təmin edən tibbi cihazlar isə nəzarətsiz qalıb. 
Lakin Respublika Perinatal Mərkəzinin növbətçiləri qanunun və qaydaların tələblərini kobud surətdə pozaraq, ağır xəstə olan körpələri baxımsız ve onların həyatını qoruyan cihazları nəzarətsiz qoyaraq, mətbəxdə asudə vaxt keçirərəkvə həkimlər otağında olan divanda yataraq, faktiki olaraq körpələri ölümə məhkum etmişlər".

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib. 

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında yanğın baş verib. 

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham irəli sürülüb./unikal

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh