Pezeşkian ABŞ-yə gedir

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizaları təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, vizalar həm İranın əsas nümayəndə heyətinə, həm də onların fəaliyyəti üçün zəruri hesab edilən müşayiətçi heyətə verilib.
Məlumata görə, İran nümayəndə heyətinin üzvlərinə bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, diplomatların Nyu York şəhəri daxilində hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq. Həmçinin ABŞ qanunvericiliyinə uyğun olaraq nümayəndə heyətinin üzvlərinə dəbdəbəli məhsulların alınması qadağan ediləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu Yorkda öz işinə başlayıb. Yüksək Səviyyəli Liderlər sammiti həftəsi isə sentyabrın 22-də start götürəcək.\\axar.az
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












