Pezeşkian bu tarixdə Azərbaycana gəlir

İran Prezidenti Məsud Pezeşkian aprelin 27-də Azərbaycana səfər edəcək.
Avtosfer.az "Trend”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen Hökumət və Özəl Sektor Dialoqu Şurasının iclasında açıqlayıb.
Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alacaq.
Pirmoəzzen əlavə edib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektorun nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.
Palata rəsmisi qeyd edib ki, İran və Azərbaycan arasında körpünün istifadəyə verilməsi (Ağbənd-Kəlalə) ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan mediasında İran liderinin ölkəmizə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












