Pezeşkian: "Ermənistanla birgə strateji sənədin hazırlanmasını müzakirə etdik"

Mütəxəssislərin ixtisaslaşmış görüşlər keçirərək müvafiq məsələləri araşdırması və əməkdaşlığın inkişafı üçün zəruri zəmin yaratması barədə razılıq əldə olunub.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.
O bildirib ki, son səfərlər çərçivəsində Xəzər dənizində su səviyyəsinin azalması, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyə təhdidlər də daxil olmaqla, bir sıra mühüm məsələlər müzakirə olunub.
Pezeşkianın sözlərinə görə, bu məsələlər ətraf mühitin qorunmasının bütün dünya ölkələri üçün ortaq məsuliyyət və danılmaz zərurət olduğunu göstərir.
Nikol Paşinyanla görüşünə toxunan İran prezidenti bildirib ki, Ermənistanın Baş naziri ilə mövcud əlaqələri və gələcək planları nəzərdən keçirib, birgə strateji sənədin hazırlanmasını müzakirə ediblər.
O qeyd edib ki, müvafiq məsələlərin araşdırılması və əməkdaşlığın inkişafı üçün zəruri zəminin yaradılması məqsədilə iki ölkənin mütəxəssislərinin ixtisaslaşmış görüşlər keçirməsi barədə razılıq əldə olunub.
Pezeşkian Gürcüstanın Baş naziri ilə apardığı danışıqlara və İran, Ermənistan və Gürcüstanın regional əməkdaşlığı genişləndirmək imkanlarına da toxunub.
Onun sözlərinə görə, tərəflər arasında kommunikasiya və tranzit marşrutlarının inkişafı, eləcə də coğrafi imkanların Avropa, Fars körfəzi, Əfqanıstan, Hindistan və regionun digər ölkələri ilə əlaqələndirilməsi məsələləri diqqət mərkəzində olub.
Pezeşkian onu da əlavə edib ki, bu əməkdaşlıq iqtisadi, mədəni, sosial və siyasi əlaqələrin inkişafı üçün yeni imkanlar yarada bilər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












