Pezeşkianın oğlundan Azərbaycana qarşı ittihamlara - Reaksiya

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkəsində Azərbaycana qarşı səsləndirilən bir sıra ittihamları tənqid edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı İranın “NasrNews” portalı yayıb.
Onun sözlərinə görə, hər bir fəaliyyətin nəticəsi olur və bəzən bu addımların nəticələrindən qaçmaq mümkün olmur.
Y.Pezeşkian vurğulayıb ki, hər hansı fikri irəli sürməzdən əvvəl sözlərin nəticələri barədə düşünmək, onları qiymətləndirmək və nəticələrini qəbul etmək lazımdır: “Bəziləri mütəmadi olaraq “Azərbaycan müharibədə İsrailə yardım edirdi” ifadəsini işlədir. Bu cür iddia irəli sürməzdən əvvəl bu açıqlamaları təsdiq edən sənəd və sübutları araşdırmaq lazımdır. Kəşfiyyat və təhlükəsizlik xidməti bu barədə məlumat veribmi? Azərbaycanda yaşayan iranlılardan hər hansı məlumat təqdim edilibmi? Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? Təhlükəsizlik orqanları bunu təsdiq etməyiblər. Növbəti mərhələdə bu açıqlamanın ölkəmizə nə gətirəcəyini aydınlaşdırmaq lazımdır. Azərbaycanla münasibətlərimizin gərgin olmasını istəyirikmi?”
İran liderinin oğlu Azərbaycanla münasibətlərdə üç fəaliyyət variantının olduğunu diqqətə çatdırıb: “Birincisi, Azərbaycanla müharibə aparmaq və yaxud Azərbaycanı bizimlə müharibəyə təhrik etmək, ikincisi, iki ölkə arasında münasibətləri “nə müharibə, nə sülh” vəziyyətində saxlamaq, üçüncüsü, fikir ayrılığına baxmayaraq, qonşu olmaq və birlikdə işləmək”.
O vurğulayıb ki, birinci variant İran rəhbərliyinin və ölkənin maraqlarına uyğun gəlmir: “İkinci variantı dəstəkləyən şəxslər əslində hesab edirlər ki, biz Azərbaycanla qeyri-dost münasibətlərə sahibik, lakin biz hərbi münaqişəyə daxil olmayacağıq. Bu variant da bizim maraqlarımıza tamamilə uyğun deyil. Niyə? Çünki kiminləsə düşmən olduqda onun sizə qarşı hansısa addım atacağını gözləməlisiniz. Müharibə yalnız hərbi əməliyyat deyil. Ölkələr beynəlxalq platformalarda sizə qarşı səs verir və müəyyən mövqe tuturlar. Onlar, həmçinin sizə iqtisadi zərərlər də vura bilər”.
Üçüncü varianta gəldikdə isə Y.Pezeşkian qeyd edib ki, fikir ayrılığı və zidd maraqlara baxmayaraq, ölkələr bir-birinə fayda verəcək və əməkdaşlıq edəcək ümumi məsələlər tapa bilər: “Biz iqtisadiyyat, ticarət və hətta təhlükəsizlik məsələlərində bir-birimizə yardım edə və fikir ayrılığını həll etmək, yaxud da minimuma endirmək üçün çalışa bilərik”.
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO










