Pezeşkianın qızı da Bakıya gəlibmiş - FOTO

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, M.Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkian da olub.
İran liderinin həyat yoldaşının uzun illər öncə dünyasını dəyişməsi səbəbindən prezident seçkiləri zamanı da onu qızı Zəhra Pezeşkian müşayiət etmişdi. O, digər xarici səfərlərdə də atasının yanında olub.
Z.Pezeşkian Bakıda:
.jpg)
Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra.
Prezidentin qızı Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər “Jam Petrochemicals” şirkətində işləyib.
İran prezidentinin kürəkəni - Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib.


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












