"Pirelli" Bəhreyndə planlaşdırılan təkər testini ləğv etdi

"Formula-1"in 2011-ci ildən bəri yeganə təkər təchizatçısı olan "Pirelli" Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Bəhreyn Beynəlxalq Avtodromunda planlaşdırılan ikigünlük yağış təkəri testini ləğv etdiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə planetfq.com saytı məlumat yayıb.
Testin təhlükəsizlik səbəbindən dayandırıldığı və bunun İranın Manamaya raket zərbəsindən sonra qərara alındığı bildirilib.
Hadisədən sonra "Pirelli" proqramı dayandıraraq əməkdaşlarının təhlükəsizliyini təmin etmək qərarı verib.
"Bu gün və sabah Bəhreyn Beynəlxalq Avtodromunda keçirilməsi planlaşdırılan yağış şəraitinə uyğun təkərlərin inkişaf testləri beynəlxalq vəziyyətin gərginləşməsi fonunda təhlükəsizlik səbəbindən ləğv edilib. Hazırda Manamada olan bütün "Pirelli" əməkdaşlarının mümkün qədər tez İtaliya və Böyük Britaniyaya qaytarılması istiqamətində işləyirik", - açıqlamada bildirilir.
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












