Pirşağı hövzəsi üzrə tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğuların tikintisi layihələrini davam etdirir.
Avtosfer.az xəbər verir ki, layihələrdən biri Pirşağı hövzəsi üzrə icra olunur.
Layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasos stansiyasının inşası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasma hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
Hazırda layihə üzrə 9,8 km təzyiqli tullantı su xəttinin və 3,9 km-lik koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrə digər müxətlif diametrli boru və mikrotunellərin çəkilməsi istiqamətində işlər müntəzəm icra olunur.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtadan 6-ı tamamlanıb, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçirilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.






Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










