Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi nə zaman yekunlaşacaq?

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam etdirilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən yolun inşası Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından keçməsi ilə əlaqədar olaraq sentyabrın 15-dən Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə hərəkət müvəqqəti dayandırılıb. Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslər isə artırılıb.
Maraqlıdır, tikinti işləri nə zaman yekunlaşacaq və Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə qatarla sərnişindaşıma yenidən nə vaxt bərpa olunacaq?
"Azərbaycan Dəmir Yolları" ASC-dən bildirilib ki, qeyd edilən tikinti işləri başa çatdıqdan sonra ənənəvi Bakı-Xırdalan-Sumqayıt xətti ilə qatarla sərnişindaşıma bərpa olunacaq.
AAYDA-dan bildirilib ki, ümumilikdə layihənin 2026-cı ilin sonu, 2027-ci ilin əvvəlinə yekunlaşdırılması planlaşdırılır:
"Uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, bir kanal körpüsü və iki açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Tərtib edilmiş iş qrafikinə uyğun olaraq, layihənin vaxtında tamamlanması məqsədilə ərazi üzrə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub.
Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq".
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












