Pirşağı–Novxanı–Xırdalan–M4 yolunun tikintisi davam edir - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-ni icra edib.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, layihə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq icra olunur.
Uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Hazırda 4 körpü üzrə işlərin 90%-i, 1 körpü üzrə 80%-i, 2 qovşaq körpüsü üzrə 76%-i, 1 qovşaq körpüsü üzrə 45%-i, 1 qovşaq körpüsü üzrə isə 5%-i, 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə yetirilib.
Eyni zamanda, yolun 3-cü və 19.5-ci km-lik hissəsində yerüstü piyada keçidlərinin tikintisi işləri davam etdirilir.
Layihə üzrə həmçinin 12 ədəd düzbucaqlı keçidin, 28 ədəd dairəvi və müxtəlif diametrli borunun, drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə də yol boyunca ehtiyat keçid borularının quraşdırılması işləri aparılır.
Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Bundan başqa, layihə boyu 9 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yararsız qruntun yararlı materialla əvəzlənməsi), 7 km-lik hissədə yol geyiminin alt və üst laylarının tikintisi, asfalt-beton örtüyünün döşənməsi və çiyinlərin bərkidilməsi işləri tamamlanıb.
Eyni zamanda yolun km 22.3–28.9-cu hissəsində, Ceyranbatan su anbarı ərazisində təqribən 1 km torpaq yatağının tikintisi, M-1 avtomobil yolunun üzərində körpü, həmçinin avtomobil yolunun Xırdalan şəhəri ilə birləşən hissəsində yol ötürücüsünün tikintisi üzrə işlər də aparılır.
Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı–Şamaxı–Yevlax avtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO





















