Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı - FOTO

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzar daşının üzərində nöqsan yaranıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhidin anası Səmayə Həşimova və bacısı Kəmalə Haşımova məlumat yayıb.
Onlar mərmərin dəyişdirilməsini, məzarüstü şəkil və üzərindəki yazıların ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməsini istəyiblər.
Ailə üzvləri eyni zamanda Polad Həşimovun ev muzeyinin açılmalı olduğunu bildirib və xatirəsinə heykəlin ucaldılmasının vacibliyini vurğulayıblar.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu və İkinci Şəhidlər xiyabanı (Hərbi Memorial Məzarlıq) kimi tanınan ərazi Müdafiə Nazirliyinin balansındadır. Bakı Abadlıq Xidməti tərəfindən ərazidə aparılmış işlər başa çatdırıldıqdan sonra, təxminən bir il əvvəl obyekt müəyyən olunmuş qaydada Müdafiə Nazirliyinə təhvil verilib: “Bu gün Müdafiə Nazirliyindən daxil olmuş müraciətdən dərhal sonra Bakı Abadlıq Xidməti operativ şəkildə tədbir görüb, qəbirüstü abidələrin hazırlanmasında iştirak etmiş usta əraziyə cəlb edilib. Hazırda qeyd olunan nöqsan aradan qaldırılıb.
Qeyd etmək istərdik ki, qəbirüstü abidələrin hazırlanması prosesi zamanı şəhid ailələrinin bütün irad və təklifləri diqqətlə nəzərə alınıb, portretlər və digər elementlər ailələrin razılığı əsasında hazırlanıb, bəzi hallarda onların istəyi ilə iki dəfə dəyişikliklər edilib. İşlər tam başa çatdırıldıqdan sonra qəbirüstü abidələr heç bir qüsur olmadan həm şəhid ailələrinə, həm də Müdafiə Nazirliyinə təhvil verilib. Bakı Abadlıq Xidməti şəhidlərimizin müqəddəs xatirəsinə hər zaman böyük həssaslıqla yanaşır və daxil olan hər bir müraciətə operativ reaksiya verərək yaranmış məsələlərin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görür”.


Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











