Polis 85 minlik dələduzluqda ittiham olunan şəxsi saxladı

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanıraq həbs edilib.
Avtosfer.az xəbər verir ki, 45 yaşlı Məmmədov Tural Səməd oğlu 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə — aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.
T.Məmmədovun ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını görən vətəndaş paytaxtın Xəzər rayonunda polisə müraciət edərək həmin şəxsin əməllərindən şikayət edib.
Hazırda cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilən T.Məmmədovun digər dələduzluq əməlləri istisna edilmir.
Hazırda istintaq hərəkətləri davam edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












