Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTO

Yeni tədris ilində Polis Akademiyasında kursantların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir.
Akademiyadan Avtosfer.az-a verilən xəbərə görə, dərslərin keçirilməsində əsas məqsəd kursantların əldə etdikləri nəzəri bilikləri real peşə fəaliyyəti ilə əlaqələndirməsinə, müxtəlif hüquqi və praktiki məsələlərə daha dərindən bələd olmalarına şərait yaratmaqdır.
Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mahir Abbasov “Cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi”, ADU-nun magistratura şöbəsinin müdiri, t.ü.f.d., dos. Namiq Əsədov “Azərbaycan XIII-XV əsrlərdə”, Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Anar Mirkişiyev “İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi”, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, h.ü.f.d. Həbib Cəfərov “Cinayətin obyektiv cəhəti” mövzularında mühazirələrlə çıxış ediblər.
Mühazirələr zamanı mütəxəssislər mövzular üzrə nəzəri məlumatlarla yanaşı, peşə fəaliyyətində qarşılaşdıqları praktiki halları da kursantların diqqətinə çatdırıblar. Real nümunələr əsasında aparılan izahlar mövzuların daha ətraflı mənimsənilməsinə və onların praktiki baxımdan dərk edilməsinə imkan yaradıb.




Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI












