Polis Balakəndə 33 kq heroin və marixuana aşkarladı - FOTO - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər əməliyyatlarla Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 15 nəfər tutulub. Saxlanılanlardan İlham Muradovun yaşadığı evdən
“Kalaşnikov” avtomatı, daraq və patronlar da aşkarlanıb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisindən 1 ədəd avtomat və 3 ov tüfəngi də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















