Polis çətin relyef şəraitində əməliyyat keçirdi, 2 nəfər saxlanıldı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlı Dadaş Kazımov saxlanılıblar.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdikləri müəyyən edilib.
Saxlanılan şəxslər ifşa olunmamaq üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












