Polis istirahət zonalarını nəzarətə götürüb: Xidmət bu cür təşkil olunur - FOTO

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının həmin ərazilərdə fasiləsiz xidməti davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxt Bakı ilə yanaşı respublikanın bütün turizm zonalarında asayişin və təhlükəsizliyin təmin olunması, eləcə də nəqliyyatın hərəkətinin davamlılığı məqsədilə naryad qrupları ərazilərə təhkim olunub.
Polis əməkdaşları ictimai asayişin qorunması ilə yanaşı, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi, mümkün xoşagəlməz halların qarşısının alınması və zərurət yarandıqda operativ müdaxilənin həyata keçirilməsi istiqamətində gücləndirilmiş rejimdə xidmət aparırlar.
Vətəndaşlardan istirahət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə çimərliklərdə müəyyən edilmiş qaydalara ciddi riayət etmələri, uşaqları nəzarətsiz qoymamaları, ictimai asayişi pozan davranışlardan çəkinmələri xahiş olunur.
Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməklə yanaşı hər hansı təhlükəli və ya şübhəli hal müşahidə etdikdə dərhal polisə məlumat vermələri tövsiyə edilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS


























