Polisdən ƏMƏLİYYAT - Saxlanılanlar var - FOTO - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20 yaşlı Vilayət Quliyev saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, ondan 5 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə həşiş və marixuana aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib.
Ümumilikdə, yanvar ayı ərzində Nəsimi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 40-dan artıq əməliyyat keçirilib. Qanunsuz dövriyyədən 16 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə çıxarılıb. Saxlanılanlardan 6-sı paytaxt ərazisində narkotiklərin bilavasitə satışını həyata keçirən şəxslər olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Həmçinin, son bir neçə gündə həyata keçirilən əməliyyat, profilaktik və maarifləndirmə tədbirləri nəticəsində Nəsimi rayon sakinləri tərəfindən 8 avtomat, 3 tüfəng və 1 tapança Polis İdarəsinə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














