Polşa öz hava məkanını sərt şəkildə qorumağa hazırdır

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşava və NATO-nun ölkəsinin hava məkanını pozan hərbi təyyarələri vurmağa hazır olduğunu bəyan edib.
Avtosfer.az xəbər verir ki, nazirin sözlərini TVN24 telekanalı yayıb.
O bildirib ki, NATO təyyarələri vurmağa hazırdır, lakin hər bir qərar konkret vəziyyət araşdırılandan sonra komandirlər və pilotlar tərəfindən qəbul edilir.
Kosinyak-Kamış vurğulayıb ki, komandirlərin Polşanı qoruyan qərarlar qəbul etmək hüququ var. Hərbçilərə pilotsuz uçuş aparatları kimi, təyyarələri də vurmaq icazəsi verilib.
"Ümumi mövqeyimiz çevik reaksiya vermək, düşməni çəkindirmək və cəsarətli qərarlar qəbul etməkdən ibarətdir. NATO-nun baş komandanlığı üzərimizə məhz bu vəzifələri qoyur", - deyə nazir bildirib.
Qeyd edək ki, Avropada NATO qüvvələrinin sabiq komandanı Ceyms Stavridis sentyabrın 29-da Alyansı Rusiya aviasiyasına qarşı daha qətiyyətli addımlar atmağa çağırıb. Onun fikrincə, NATO üzvü olan ölkələrin hava məkanını pozan pilotsuz uçuş aparatlarını və təyyarələri vurmalı, daha sonra Ukrayna üzərində uçuşsuz zona tətbiq edilməsi imkanını nəzərdən keçirməlidir.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












