“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb - FOTO

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda böyük uduşlarla yadda qalıb. Belə ki, ötən ay nə az, nə çox düz 33 biletdə böyük uduş qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, ayın ən böyük uduşu Xırdalanda “10X” lotereyasından qazanılıb. Töhfə Səlimova 200 000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb.
Yeni satışa çıxmış “Sür-Qazan” lotereyası isə düz 19 biletdə 10 000 manatlıq böyük uduşla sevindirib. Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Salyan, Zaqatala, Balakən, Cəlilabadda qazanılıb. Qaliblər sırasında Alıyar Mirzəyev, Elmir Cəbrayılov, Elnur Abdullayev, Lalə Mirzəyeva, Könül Tomuyeva, Bəxtiyar Abdullayev, Rafəddin Əliyev olub.
Bakıda “Xoşbəxt” lotereyası isə 50 000 manat böyük uduşla Gülməmməd Xəlillini xoşbəxt edib. “Xoşbəxt”də daha bir biletdə 5000 manat Qubada udulub.
“Uğurlu 7” də bir biletdə 50 000, 3 biletdə isə 10 000 manatla uğur gətirib. Biletlər Bakı, Abşeron, Naxçıvan və Göyçayda alınıb.
“Prestij” lotereyasında da bir biletdə 50 000, 3 ədəd biletdə də 5 000 manat qazanılıb. Uduşlu biletlər Bakı və Bərdədən alınıb. Şanslı qaliblərdən biri Vəli Əliyev olub.
“Qızıl” lotereyasından 2 böyük uduş – 25 000 manat Bakı və Xaçmazda qazanılıb. Qaliblərdən biri Seymur Səmədov olub. Gəncədə “Xəmsə” lotereyası isə 5555 manatla sahibini sevindirib.
“Poz-Qazan” üzrə uduşlardan 4-ü OBA-da qeydə alınıb. Uduşlu biletlər OBA-nın İnşaatçılar metrostansiyası yaxınlığında, Hökməli, Mərdəkan qəsəbələrində və Cəlilabadda yerləşən mağazasından alınıb.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 5 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən, eləcə də 1500-dən çox OBA mağazasından əldə etmək mümkündür.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS















