Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - FOTOLAR - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlətimizin başçısına təqdim edərək, Baş nazirin ölkəmizlə uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirdi.
Lord Anas Sarvar ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını dedi.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğuladı, müstəqilliyimizi bərpa etdikdən bəri ölkələrimizin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd etdi.
Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin ölkəmizə səfəri məmnunluqla xatırlandı, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlif səviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunuldu, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edildi.
Görüşdə ölkələrimiz arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
***12:33
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.








Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












