Prezident büdcəni təsdiq etdi: Maaş, pensiya, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?

"Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiq edib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.4% çoxdur), xərclərinin isə 41 milyard 407 milyon manat (+4.2 %) olacağı gözlənilir".
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.
O bildirib ki, gələn il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək.
"2021-ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var. Vətən Müharibəsi başa çatdıqdan sonra - 2021-ci ildə sosial xərclər 12.2 milyard manat olubsa, 2022-ci ildə 13.7 milyard manat, 2024-cü ildə 15.5 milyard manat təşkil edib, 2025-ci ildə isə 16.9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə gələn il sosial xərclər 4.7 milyard manat artıq proqnozlaşdırılır. Bu o deməkdir ki, maaş, pensiya, müavinət və təqaüdlərə əvvəlki illər ilə müqayisədə daha çox vəsait nəzərdə tutulur.
Bu vəsaitlərin 7.2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq. Əmək pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşımızın pensiyalarına şamil olunacaq.
Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minimum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq.
Bütövlükdə, 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir", - deyə deputat qeyd edib.
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?












