Prezident COP29 çərçivəsində bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, Patrisia Canet Skotland COP29-un yüksək səviyyədə təşkilinə, ilk dəfə olaraq COP çərçivəsində kiçik ada dövlətləri ilə əlaqədar Zirvə toplantısının keçirilməsinə və Azərbaycanın COP Sədrliyinin prioritetləri sırasında bu dövlətlərin iqlim problemlərinin əsas istiqamətlərdən biri kimi müəyyən edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qonaq Azərbaycanla Millətlər Birliyi təşkilatı arasında qurulmuş əməkdaşlığa, ölkəmizin bu təşkilata üzv kiçik ada dövlətləri ilə bağlı maliyyə dəstəyi fonduna görə də təşəkkürünü çatdırıb.
Millətlər Birliyi təşkilatının baş katibi, həmçinin, Azərbaycanın kosmik imkanlarını səfərbər edərək Millətlər Birliyinin üzvü olan kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlil edilməsini və məlumat bazası sisteminin yaradılmasını təqdir etdiklərini deyib. O, ümumilikdə Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətləri ilə əlaqədar çoxsaylı tədbirlərin keçirildiyini və dünyanın kosmik agentliklərinin səylərinin də səfərbər edildiyini vurğulayıb.
Patrisia Canet Skotland bundan sonra da Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Azərbaycanın Millətlər Birliyi təşkilatı ilə əməkdaşlığını davam etdirəcəyini deyən Prezident İlham Əliyev kiçik ada dövlətlərinin iqlim problemlərinin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini deyib.
Söhbət zamanı Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi əlaqələrimizin möhkəmlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ

















