Banner

Prezident Kamboca Kralını təbrik etdi

Xəbərlər 9 Noyabr 2026 12:00
Prezident Kamboca Kralını təbrik etdi
WhatsApp kanalımıza abunə olun

Prezident İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Avtosfer.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı bizi sevindirir. Bu yaxınlarda Baş nazir cənab Hun Manetin ölkəmizə rəsmi səfəri dövlətlərarası əlaqələrimizdə yeni səhifə açaraq əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırmışdır.

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Kamboca dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Kamboca xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

 

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh