Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.
2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.
İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.
Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.
Eyni zamanda ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.
Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












