Prezident konqres iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konqres iştirakçıları!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.
Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.
İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçmişdir. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanmışdır.
Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcəkdir".
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











