Prezident qəbul keçirdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Avtosfer.az xəbər verir ki. Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilə təbrik edib. O, bu prosesin regionda davamlı sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb. Qonaq Avropa İttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçinin Avropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqının rəhbərliyinə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.
Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO










