Prezident sabah Hakan Fidanla görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
XİN rəhbəri Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Danışıqlarda ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə olunacağı gözlənilir.
Bu kontekstdə iki ölkə arasında 15 milyard ABŞ dolları məbləğində ümumi ticarət dövriyyəsinə nail olmaq üçün atılacaq addımlar və bütün sahələrdə, xüsusilə turizm, səhiyyə, təhsil, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlərə toxunulacaq.
Fidanın həmkarı Ceyhun Bayramovla regiona və qlobal məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərə dair fikir mübadiləsi aparacağı deyilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












