Prezident vacib fərman imzaladı

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.
Avtosfer.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 420-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158 (Cild I); 2024, № 6 (I kitab), maddə 665, № 7, maddə 823, № 8, maddə 938, № 11, maddə 1202; 2026, № 4, maddə 304) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci və üçüncü abzaslar müvafiq olaraq 1.1-ci bənd və 1.1.1-ci yarımbənd hesab olunsun və aşağıdakı məzmunda 1.1.2-ci yarımbənd əlavə edilsin:
“1.1.2. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün dövlət mülkiyyətində olan torpaq sahəsinin özəl tərəfdaşa icarəyə verilməsi barəsində – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;”.
2. Dördüncü – yeddinci abzaslar müvafiq olaraq 1.1.3 – 1.1.6-cı yarımbəndlər hesab edilsin.
3. Səkkizinci – on üçüncü abzaslar müvafiq olaraq 1.2 – 1.7-ci bəndlər hesab olunsun və 1.7-ci bənddə aşağıdakı dəyişikliklər edilsin:
3.1. “1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və” və “66-cı maddəsinin 1-ci hissəsində” sözləri çıxarılsın;
3.2. “orqanları”nın” sözündən sonra “, 56-cı maddəsinin 1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və 66-cı maddəsinin 1-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:
“1.8. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsində, 51-ci maddəsinin 3-cü hissəsində, 55-ci maddəsinin ikinci abzasında və 56-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının, 56-cı maddəsinin 1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və 66-cı maddəsinin 1-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün dövlət mülkiyyətində olan torpaq sahəsinin özəl tərəfdaşa icarəyə verilməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”.
5. On dördüncü – on doqquzuncu abzaslar müvafiq olaraq 1.9 – 1.14-cü bəndlər hesab edilsin.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












