Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi

Azərbaycanda kənd təsərrüfatı subsidiyalarına, güzəştli kreditlərə, lizinq mexanizmlərinə, eləcə də kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına nəzarət tədbirləri gücləndiriləcək.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Belə ki, ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan məhsullar istisna olmaqla) dövlət büdcəsinin vəsaitləri hesabına mərkəzləşdirilmiş qaydada satın alınması da nəzarət çərçivəsinə daxil ediləcək.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki qurumlar subsidiyaların, güzəştli kreditlərin və lizinq əməliyyatlarının verilməsini, maliyyələşdirilməsini və həmin vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirəcək.
Səlahiyyətlərin icrası çərçivəsində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” (Prezidentin 27 iyun 2019-cu il tarixli 759 nömrəli fərmanı) və “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” (19 dekabr 2018-ci il tarixli 413 nömrəli fərman) əsas götürüləcək.
Bu mexanizmlər çərçivəsində dövlət vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları Kənd Təsərrüfatı Nazirliyinə müvafiq məlumatlar təqdim etməlidir. Bu məlumatların dəqiqliyini yoxlamaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.
Məlumatların tərkibində vergi sirri hesab edilən informasiyalar da ola biləcəyindən, onların ötürülməsinin hüquqi əsaslarının yaradılması məqsədilə Vergi Məcəlləsinin 30.6-cı maddəsi dəyişib. Nəticədə vergi orqanlarının vəzifəli şəxsləri aqrar sahəyə dair dövlət dəstəyi tədbirlərinin daha ünvanlı və şəffaf icrasını təmin etmək üçün zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edə biləcək. Hüquqi bazasının yaradılması nəticəsində müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsinə ehtiyac qalmayacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












