Prezidentdən məzənnə ilə bağlı MÜHÜM AÇIQLAMA

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir ölkənin iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlarla yadda qalıb.
Forumda iştirak edən dövlət başçısı ölkənin malik olduğu maliyyə imkanları, xarici borc siyasəti və milli valyutanın taleyi ilə bağlı çox əhəmiyyətli açıqlamalar verib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın valyuta ehtiyatları ölkənin xarici borcunu demək olar ki, 20 dəfə üstələyir və milli valyutamız son dərəcə sabitdir.
Xüsusilə dövlət başçısının səsləndirdiyi bu fikir diqqət mərkəzində olub: “2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var”.
Beləliklə, dövlət başçısı qəti şəkildə bəyan edib ki, manatın məzənnəsində hər hansı dəyişiklik gözlənilmir və sabitlik qorunub saxlanılacaq. Bəs Prezidentin bu qəti əminliyinin arxasında dayanan əsas makroiqtisadi amillər nələrdir və ölkə iqtisadiyyatının hansı güclü tərəfləri bu sabitliyi şərtləndirir?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, dövlət başçısının manatın sabitliyi ilə bağlı səsləndirdiyi fikirlər ölkənin valyuta ehtiyatlarının miqyası və ticarət balansındakı müsbət saldo ilə tam şəkildə əsaslandırılıb: "Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın xarici borcunun valyuta ehtiyatlarımız tərəfindən təxminən 20 dəfə üstələnməsi unikal və təkrarsız göstəricidir ki, bu da ölkəmizin həm xarici şoklara qarşı mütləq immun sisteminə malik olduğunu, həm də maliyyə müstəqilliyimizin zirvədə olduğunu göstərir. 2017-ci ildən bəri 1 dolların 1,7 manat səviyyəsində dəyişməz qalması hər hansı inzibati qadağaların deyil, məhz ölkəyə daxil olan güclü valyuta axınının, ixrac potensialımızın və sağlam ticarət balansının nəticəsidir".
Onun sözlərinə görə, ölkənin malik olduğu strateji valyuta ehtiyatları və ticarət profisitliyi gələcək illərdə də milli valyutanın məzənnəsinin qorunması üçün möhkəm təməl rolunu oynayacaq: "Azərbaycanın xarici ticarət dövriyyəsində ixracın idxalını əhəmiyyətli dərəcədə üstələməsi ölkə daxilində daimi valyuta bolluğu yaradır. Dövlət başçısının da qeyd etdiyi kimi, yaxşı ticarət balansının mövcudluğu şəraitində devalvasiya gözləntiləri üçün heç bir real iqtisadi əsas yoxdur. Bu isə həm sahibkarlar, həm də əhali üçün uzunmüddətli iqtisadi proqnozlaşdırıla bilməni təmin edir, investorların Azərbaycana olan etibarını daha da gücləndirir və makroiqtisadi sabitliyin qarantına çevrilir"./nocomment.az
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












