Prezidentdən Xəzər dənizinin dayazlaşması ilə bağlı - Açıqlama

"Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual problemlərdən biri suyunun səviyyəsinin sürətlə azalması, yəni dayazlaşmasıdır. Bu, həm ekoloji, həm də iqtisadi təhlükə yaradır. 2022-ci ildə keçirilmiş Altıncı Xəzər Sammitində mən Xəzər dənizində ekoloji balansın pozulması məsələsini qaldırmışdım. Təəssüf ki, həmin vaxtdan bəri vəziyyət daha da pisləşib. Xəzərin su səviyyəsi sürətlə azalır və bunun səbəbləri yalnız iqlim dəyişiklikləri ilə bağlı deyil”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində deyib.
Prezident qeyd edib ki, mövcud vəziyyətdə Xəzəryanı ölkələr üçün sıx əməkdaşlıq qurmaq, elmi məlumat mübadiləsini fəal şəkildə həyata keçirmək və nəticələrin aradan qaldırılması istiqamətində razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir: “Xəzər dənizinin səviyyəsinin enməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyə və ekosistemin dayanıqlığına ciddi təhdid yaradır. Bu da təbiətin qorunması və ekoloji balansın bərpası üçün koordinasiyalı tədbirlərin görülməsini tələb edir.
Bundan əlavə, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr Xəzər dənizinin mühafizəsinə yönəlmiş təşəbbüsləri regional və beynəlxalq platformalarda fəal şəkildə təbliğ edə bilərlər və etməlidirlər. Artan transmilli ekoloji risklər fonunda Xəzər təkcə bir su hövzəsi olmaqdan çıxır və bizim ümumi məsuliyyətimizin, birgə fəaliyyət zərurətinin rəmzinə çevrilir”.
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO










