Prezidentin çıxışında MÜHÜM MESAJ: Ermənistanın qarşısında hansı şərtlər var?

Asiya ilə Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dövlət başçısı öz nitqində Vətən müharibəsindəki tarixi zəfərdən sonra Azərbaycanın qazandığı hüquqi və siyasi üstünlüyü beynəlxalq platformada bir daha nümayiş etdirib. Çıxışda BMT Təhlükəsizlik Şurasının 30 il boyunca kağız üzərində qalan qətnamələrinin məhz Azərbaycanın öz gücü ilə icra edildiyi xüsusi vurğulanıb. Bu addım BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək dövlətlərin öz suverenliyini təmin etməsi baxımından mühüm bir beynəlxalq presedent kimi qəbul edilir.
Eyni zamanda, Bakıda keçirilən məhkəmə proseslərinə və törədilmiş müharibə cinayətlərinə toxunulması regionda cəzasızlıq sindromuna son qoyulması istiqamətində qətiyyətli iradənin göstəricisidir. Beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq ədalət bərpa olunmadan regionda dayanıqlı sülhdən danışmaq mümkün deyil. Prezidentin çıxışındakı gələcək münasibətlərə dair mesajlar isə Ermənistan və onun kənar havadarlarına sülhün şərtlərini tam aydınlığı ilə çatdırır.
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dövlət başçısının səsləndirdiyi fikirlərin hüquqi və siyasi mahiyyətini ətraflı şərh edib:

"Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın hərbi zəfərdən sonra hüquqi və siyasi üstünlüyünü beynəlxalq müstəvidə sabitləşdirdiyini göstərir. Siyasi baxımdan dövlət başçısı BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrinin Azərbaycan tərəfindən icra edildiyini xatırlatmaqla beynəlxalq institutların fəaliyyətsizliyinə və ikili standartlara diqqət çəkib”.
Deputatın sözlərinə görə, bu, dövlətlərin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz suverenliyini təmin etməsinin əhəmiyyətli bir presedentidir:
“Hüquqi aspektdən Bakıda keçirilən məhkəmə proseslərinə və müharibə cinayətlərinə toxunulması cəzasızlığa son qoyulması mesajını verir. Beynəlxalq humanitar hüquqa uyğun olaraq törədilmiş cinayətlərə hüquqi qiymət verilmədən və ədalət bərpa olunmadan regionda dayanıqlı sülhün qurulması mümkün deyil”.
Bəhruz Məhərrəmov qeyd edib ki, gələcək münasibətlər və sülh mesajı isə Ermənistana və onun havadarlarına ünvanlanıb ki, Azərbaycan güclü mövqedən sülh tərəfdarı olsa da, sülh hələ də kövrəkdir.
"Dayanıqlı sülhün şərti Ermənistanın revanşizmdən, Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və kənar güclərin regiona müdaxiləsinə yol verməməsidir",- deyə deputat əlavə edib./oxu24.com
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO












