Prezidentin işdən azad etdiyi məmurla bağlı ŞOK DETAL üzə çıxdı - 80 min...

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunub. Buna sahibkarların çoxsaylı şikayətləri, eyni zamanda, müvafiq qurum tərəfindən aparılan yoxlamaların nəticələri səbəb olub.
Avtosfer.az xəbər verir ki, xitab24.az-ın mövzu ətrafında apardığı araşdırma nəticəsində daha bir maraqlı fakt ortaya çıxıb.
Məlum olub ki, Elçin Yusubov nümayəndəlikdə baş məsləhətçi kimi çalışan Etibar Əliyevin də sərəncamına xidməti avtomobil verib.
Söhbət 26-AA-646 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero Sport” markalı avtomobildən gedir ki, bunun da qiyməti 80 min manatdan başlayır.
Təbii ki, Baş məsləhətçiyə bu bahalıqda xidməti avtomobilin alınması məsələsinin nə qədər qanunauyğun olub-olmadığını aidiyyəti qurumlar araşdırmalıdır.
Qeyd edək ki, Etibar Əliyevlə Elçin Yusubov tanışlığı illər öncəyə dayanır. Sabiq nümayəndə Etibar Əliyevi Xankəndinə keçmiş iş yeri olan Əmlak Məsələləri Dövlət Xidmətindən aparıb. O, yeni işindən Baş məsləhətçidən çox, Elçin Yusubovun köməkçisi kimi ad çıxarıb. Etibar Əliyevin vəzifə səlahiyyətlərindən istifadə edərək öz çevrəsinə yaxın olan adamlara sözügedən ərazilərdə geniş imkanlar yaratdığı iddia olunur.
Xatırladaq ki, E.Yusubovun işdən çıxarılmasından sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıldığına dair məlumatlar da yayılıb.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












