Prokuror kapitan üçün yüngül cəzaya etiraz etdi - Gözlənilməz qərar çıxdı

Dövlətdən 14 ay əsassız kirayəpulu aldığı üçün güzəştli şərtlərlə min manat cərimələnən kapitanın cəzası ləğv edilib.
Avtosfer.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Sözügedən kapitan İlham Elyasovdur. İ.Elyasov hərbi məktəbdə müəllim işləyib. İttihama görə, o, 14 ay atasının evində qala-qala kirayədə yaşağıdını bildirib. Bu müddətdə dövlətdən 3 min 765 manat pul alıb.
Kapitana qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilsə də, Bakı Hərbi Məhkəməsi onun əməlini eyni maddənin daha yüngül bəndinə tövsif edib.
İ.Elyasov həmin maddə ilə 1000 manat cərimə cəzasına məhkum edilib.

Amma prokuror verilmiş cəzadan razı qalmayıb. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza həddən artıq yüngüldür. Bu da cinayət qanununun ədalət prinsipinə ziddir.
Kapitan isə dövlətə dəymiş ziyanı tam ödəsə belə, bəraət almaq üçün apellyasiya şikayəti verib.
Protest və şikayət yuxarı instansiyada hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılıb.
Hakimlər iş materialları ilə tanış olduqdan sonra İ.Elyasovun təqsirli bilindiyi maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin (böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz-red) keçdiyini müəyyən ediblər. Belə olan halda nə prokurorun, nə də təqsirləndirilən şəxsin tələbi qəbul edilib.
Qərara əsasən, kapitan Elyasovun min manat cərimə cəzası ləğv edilib, cəzadan azad olunub.
Kapitanın vəkili Nicat Vəliyev qərardan bəraət tələbi ilə kassasiya şikayəti verəcəklərini deyib.
(qafqazinfo)
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı










