Prokuror Şahin Şıxlinski və oğluna - 9 il iş istədi

Yekaterinburqda Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prokuror məhkəmədə Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il, Mutvalı Şıxlinskiyə isə cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməklə eyni müddətə həbs istəyib.
Xatırladaq ki, ata və oğlunun cinayət işi 2025-ci il iyulun 1-də baş vermiş insidentlə bağlıdır. Belə ki, həmin tarixdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçıları içində Mutvalı Şıxlinskinin idarə etdiyi və içində Şahin Şıxlinskinin olduğu avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski avtomobillə FTX əməkdaşlarından birini vurub.
Qeyd edək ki, bu ilin martında Ş.Şıxlinski və bir qrup həmyerlimiz barəsində məhkəmə hökmü oxunub. Məhkəmənin qərarı ilə keçmiş diaspor rəhbəri ilk 4 ilini həbsxanada, 18 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməklə 22 il azadlıqdan məhrum edilib. O, 2001 və 2010-cu illərdə sahibkarların öldürülməsi və öldürülməsinə cəhddə təqsirli bilinib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












