Prorektor işdən çıxmaq üçün ərizə yazdı: Nazir qəbul etdi

Mingəçevir Dövlət Universitetinin (MDU) tədris məsələləri üzrə prorektoru, ali məktəbin keçmiş rektor əvəzi Üzeyir Zeynalov işdən çıxıb.
Avtosfer.az "Yeni Sabah"a istinadla xəbər verir ki, o, vəzifədən azad olunması üçün ərizə yazıb.
Prorektorun istəyi qəbul edilib. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Üzeyir Zeynalov MDU-nun prorektoru vəzifəsindən azad olunub.
Qeyd edək ki, Üzeyir Zeynalov 1973-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib.
O, əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında metodist, müəllim olaraq başlayıb. Sonra həmin filialın Tədris şöbəsinin müdiri, MDU-nun Tədris hissəsinin müdir müavini, Karyera Mərkəzinin direktoru, Tədris şöbəsinin müdir müavini, Tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.
Elm və təhsil naziri Emin Əmrullayevin 2024-cü il iyunun 3-də imzaladığı əmrlə MDU-nun prorektoru təyin olunmuşdu. Eyni zamanda, ali məktəbin rektoru vəzifəsinin icrası ona həvalə edilmişdi. Ü.Zeynalov bu vəzifəni 2025-ci il aprelin 9-dək yerinə yetirib.
Prezident İlham Əliyevin həmin tarixdə imzaladığı sərəncama əsasən, Anar Eminov MDU-nun rektoru təyin olunub.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












