PUA ilə ölkəyə narkotik vasitə gətirmək istədilər - Polis saxladı - FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onlardan 15 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












