"Purjin"ə görə cərimə meydançasına aparılan sürücünün başına görün nələr gəldi - VİDEO

Hamının yaxından tanıdığı avtomobil ustası öz sosial şəbəkə hesabında video çəkib və sürücülərin yaşadığı problemləri göstərib.
Avtosfer.az xəbər verir ki, avtomobil ustası Sahil Ağabəyli bir sürücünün onu avtomobilinin asqı sistemini sökmək üçün duracağa çağırıb. Sürücü əvvəlcə problemi özü həll etməyə çalışsa da, çətinliklə qarşılaşdığı üçün peşəkar ustaya müraciət etməli olub.
Sahil Ağabəylinin sözlərinə görə, hadisə yerinə polis də cəlb olunub. Onlar ilkin baxış zamanı avtomobilin “purjin”in (yayının) kəsildiyini qeyd ediblər. Lakin sökülmə başa çatdıqdan sonra məlum olub ki, heç bir kəsik yoxdur, “purjin” tamdır.
Sürücü avtomobili servisə aparmaq istədiyini bildirsə də, polis əməkdaşları təhlükəsizlik səbəbilə sökülmənin dərhal yerində aparılmasını tələb ediblər.
Sahil Ağabəyli məsələ ilə bağlı görüntüdə bildirib ki, bu cür detalların sökülməsi bəzən servis şəraitində və iki ustanın iştirakı ilə həyata keçirilir.
“Çünki söküntü prosesi çətin və təhlükəli ola bilər. Yolda və ya duracaqda bu işi görmək həm risklidir, həm də alət və şərait baxımından qeyri-mümkündür”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məsələ ilə bağlı redaksiyamıza müsahibəsində bildirib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozularaq avadanlıq quraşdırılması və ya dəyişdirilməsi qadağandır.
“Belə hal aşkarlandığı halda nəqliyyat vasitəsi İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən mühafizə olunan duracağa yerləşdirilir. Səbəb aradan qaldırıldıqdan və ödəniş edildikdən sonra avtomobil sahibinə qaytarılır”.
Fidan
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












