Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin Bakıdakı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Avtosfer.az xəbər verir ki, Rusiya lideri bu barədə Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılış mərasiminə videobağlantı vasitəsilə qatılarkən bildirib.
Vladimir Putin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarixi keçmişin və mədəni irsin möhkəm təməli üzərində uğurla inkişaf edir. Bakıda 100 ildən artıqdır fəaliyyət göstərən Rus Dram Teatrının fəaliyyətini yüksək qiymətləndirən Putin hər iki ölkədəki bu teatr səhnələrinin xalqlar arasında mühüm mədəniyyət körpüsü rolunu oynadığını qeyd edib.
Xatırladaq ki, Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binası əsaslı yenidənqurmadan sonra bu gün istifadəyə verilib və mərasimdə hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












