Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi

Rusiya Prezidenti Vladimir Putin miqrantların gəlirlərinə dair tələblərin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu imzalayıb.
Avtosfer.az xəbər verir ki, hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilən sənədə əsasən, Rusiyada çalışan əcnəbilər özlərini və öhdəliyində olan ailə üzvlərini dolandırmaq məcburiyyətində olacaqlar.
Təminat səviyyəsi miqrantın işlədiyi region üzrə regional əmsala vurulmuş adambaşına düşən yaşayış minimumundan aşağı ola bilməz. Miqrant eyni vaxtda bir neçə regionda fəaliyyət göstərərsə, hesablama ən yüksək yaşayış minimumu əsasında aparılacaq. Bundan əlavə, həmin məbləğ müvafiq subyektdəki orta aylıq əməkhaqqından çox olmamalıdır.
Xatırladaq ki, bir qədər əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrantların ölkədən çıxarılmasına (deportasiyasına) səbəb olan hüquqpozmaların siyahısının iki dəfədən çox artırılacağını bildirmişdi. Daxil olan düzəlişlərdən sonra deportasiya nəzərdə tutulan maddələrin sayı 22-dən 45-ə qaldırılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












