Qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik vasitə aşkarlandı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və tiryək aşkarlanıb.
Qeyd edək ki, N.Fərəcov şübhə oyatmamaq üçün narkotik vasitələri çatdırdığı ünvanlara ailə üzvləri ilə birlikdə gedib. Aparılan araşdırmalar zamanı onun ayrı-ayrı vaxtlarda şəxsiyyətləri araşdırılan İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












